İran , Türkiyə və Az.R xarici işlər nazirlərinin iclası sona çatdı

İran İslam Respublikası, türkiyə və Az.R-nın xarici işlər nazirlərinin Türkiyənin Van şəhərində keçirilən üçtərəfli görüşü müsbət dəyərləndirildi.

İİR-nın xarici işlər naziri Məhəmməd Cavad Zərif cümə günü ( 14 mart ) Türkiyənin şərqində yerləşən Van şəhərində İran , Türkiyə və Az.R xarici işlər nazirlərinin üçtərəfli iclaslarının sona çatmasından sonra deyib : Bu müsbət iclas da müxtəlif sahələrdə üç illik regional əməkdaşlıqları proqramı barədə razılıq əldə edildi.
İranın xarici işlər naziri deyib : Bu iclas da energetika , nəqliyyat , mədəniyyət , turizm , elm və texnologiya mövzuları haqda fikir mübadilələri aparıldı və gələn üç ildə proqramlar izləniləcəkdir.
İranın xarici işlər nazirləri həmçinin deyib : İran , Türkiyə və Az.R-nın xarici işlər nazirlərinin 4-cü iclasları İranda keçiriləcəkdir.
İran , Türkiyə və Az.R xarici işlər nazirlinin üçtərəfli iclası siyasi, iqtisadı və mədəni sahələrdə münasibətlərin genişləndirilməsi məqsədilə yeni zəminlərin yaradılması hədəfi ilə cümə günü ( 14 mart ) Türkiyənin Van şəhərində müştərək bir bəyanat yayaraq öz işinə son verdi.
İran , Türkiyə və Az.R xarici işlər nazirləri Məhəmməd Cavad Zərif , Əhməd Davudoğlu və Elmar Məmmədyarov üçüncü üçtərəfli iclası keçirdilər.
Bu iclasın yekun bəyanatında İran , Türkiyə , Az.R terrorizm və ekstremizmin bütün formaları ilə mübarizə üzrə əməkdaşlıqların gücləndirilməsi üçün özlərinin ciddi əzmkarlıqlarına təkid etdilər.

↑
Mobil sürümden çık