Azərbaycan Respublikası Vəhdət partiyasının sədri sionist rejimin Suriyaya təcavüzünü pisləyərək deyib: Beynəlxalq hüquqa əsasən, Dəməşq qanuni müdafiə haqqı və qarşılıqlı addıma malikdir.
IRIB-yə müsahibə verən Tahir Kərimli söyləyib: BMT əsasnaməsinin 41-53-cü maddələrinə əsasən, təcavüzkar hərəkətlər beynəlxalq məsuliyyətlə nəticələnir və BMT bu məsələyə ciddi reaksiya verməlidir.
“Sionist rejimin təcavüzkar hərəkəti təkcə Suriyaya deyil, bəşəriyyətə və islam dünyasına qarşı cinayətdir” –deyə Kərimli əlavə edib.
Sionist rejimin Suriya torpağına ilk dəfə təcavüz etmədiyini bəyan edən Vəhdət partiyasının sədri söyləyib ki, bu məsələ sionist rejimin təcavüzkar xüsusiyyətinin davam etdiyini göstərir.
Sionist rejimin cinayətləri qarşısında Qərbin sükutunu tənqid atəşinə tutan Kərimli əlavə edib: Qərb sionist lobbilərin nəzarətindədir və qərb ölkələrinin himayələrinin təsiridir ki, sionist rejim 6 milyon “əhali” ilə 1,5 milyard müsəlmana meydan oxuyur.
Tahir Kərimli sionist rejimin təcavüzlərinin ABŞ tərəfindən himayə olunmasını tənqid edərək, söyləyib: Suriya prezidenti- Bəşşar Əsəd ABŞ prezidentinə bir məktubda bu təcavüzün pislənilməsi istiqamətində Vaşinqtonun mövqe tutmasını istədi. Lakin Obama İsrail rejimini himayə etdi.