AvropaDünyaXƏBƏRLƏR

Rusiyaya qarşı yeni cəzalar tətbiq edilir

Avropa İttifaqı Şurası bu gün Rusiyaya qarşı yeni cəzaların tətbiq edilməsi mövzusunu araşdıracaq.

Ria-Novosti məlumat verib: Avropa İttifaqının yüksək səviyyəli bir rəsmisi söyləyib: Üçüncü dövr cəzaları kimi tanınan iqtisadiyyat sektoruna qarşı cəzaların tətbiq edilməsi gündəmdə olacaq. Bu cəzalar Rusiyanın Avropanın maliyyə sistemindən istifadə və Avropada investisiya qoyması ilə əlaqələnə bilər.
Avropa İttifaqı Şurası Rusiyaya qarşı yeni cəzaları himayə etdiyi təqdirdə onlar barəsində son və qətiyyətli qərar Avropa İttifaqının 27-28 iyunda keçiriləcək zirvə toplantısında çıxarılacaq.
ABŞ prezidenti Barak Obama cümə günü fransalı həmkarı Fransva Oland və Almaniya kansleri Angella Merkellə Ukrayna vəziyyəti barədə danışmışdır.
Ağ Evin bəyanatına əsasən üç tərəf razılaşıblar ki, Rusiya ,Ukrayna məsələsini həll etmək üçün təcili və gözə gələn tədbirlər həyata keçirmədiyi təqdirdə Avropa İttifaqı və ABŞ Rusiyaya qarşı yeni cəzalar tətbiq etsinlər.
Aİ cəzalar siyahısında hal-hazırda 61 nəfər və Kırıimda iki şirkətin adı var və ABŞ 45 nəfər və bu şəxslərlə əlaqədə olan 19 şirkətə qarşı cəza tətbiq edib.
Barkliz həftəlik jurnalının yazdığına əsasən Aİ-nın üzvləri Rusiyanın enerji sektoruna qarşı yeni cəzalar barədə razılaşmaqda çətinlik çəkəcəklər. Çünki onların Rusiya ilə fərqli münasibətləri var. Bu cəzalar maliyyə sektorunu hədəfə ala bilər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu