Ötən gün səhər BMT-nin Avropa qərargahı Avstriyanın Vyana şəhərində başlayan İran və 5+1 qrupu arasındakı müzakirələr ilk gündə iki tur müzakirədən sonra bu gün davam edəcək.
İranla Altılar qrupu arasında müzakirələrin birinci turu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif və Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru Katrin Aştonun başçılığı ilə keçirilib.
Müzakirələr başlanmazdan öncə Rusiya və Çin nümayəndələri İran xarici işlər naziri ilə ikitərəfli şəkildə görüşərək danışıqlar aparıblar.
Zərif həmçinin Avstriya prezidenti və xarici işlər naziri və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukio Amano ilə də görüşərək danışıqlar aparıb.
Müzakirələrin 2-ci turu da İran xarici işlər nazirinin müavini seyid Abbas İraqçı və Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru Helqa Şmidtin başçılığı ilə keçirilib.
Həmçinin İran və Amerikanın nümayəndələri seyid Abbas İraqçı və Vendi Şerman ikitərəfli şəkildə müzakirə aparıblar. Müzakirələrin cümə axşamına qədər uzanacağı ehtimalı var.