İran və Azərbaycan arasında Xudafərin su bəndi ilə bağlı texniki-hüquqi müzakirələr aparılıb

İran İslam Respublikasının Energetika Nazirliyinin Sərhəd Çayları və Müştərək Mənbələr Baş İdarəsinin müdiri Cabbar Vətənfəda Trend Xəbər Agentliyi ilə müsahibədə Xudafərin və Qız Qalası su bəndlərindən istifadə ilə bağlı İran və Azərbaycan arasında texniki-hüquqi danışıqların aparılmasından xəbər verib.
Cabbar Vətənfəda müzakirələrin səmimi və dostluq atmosferində keçirildiyini bildirərək, deyib: Azərbaycan və İran heyətlərinin məsuliyyətlərini iki ölkənin xarici işlər nazirliklərinin hüquq məsələləri idarələri öz öhdəsinə götürüb. Energetika və Ekologiya nazirlikləri və sərhəd qoşunlarının nümayəndələri də müzakirələrdə iştirak ediblər.
Vətənfəda əlavə edib: Hal hazırda Xudafərin su bəndinin tikinti-quraşdırma işləri demək olar ki, başa çatıb. Tikinti-quraşdırma əməliyyatını davam etdirmək və su bəndini istifadəyə vermək üçün isə iki ölkə arasında anlaşma sənədi imzalanmalıdır və bu iclasda daha çox məsələnin maliyyə cəhəti və birgə sərmayə qoyuluşu haqda danışıqlar aparıldı. Layihənin texniki və hüquqi məsələləri də müzakirə zamanı araşdırılıb.
Bu müzakirələr fevralı 16-dan 18-ə kimi Təbrizdə keçirlib.
Cabbar Vətənfəda ötən ilin noyabrında da bəzi mediaların Meqri elektrik stansiyası ilə bağlı şübhələrinə cavab olaraq bildirmişdi ki, Meqri su elektrik stansiyası suyun hərəkət enerjisindən faydalandığı üçün, bu stansiyanın fəaliyyəti suyun depo edilməsinə ehtiyaclı deyil.
Vətənfədanın dediyinə görə, Meqri su elektrik stansiyası İran və Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda inşa etdikləri su elektrik stansiyasına oxşayır və bu elektrik stansiyalarında çayın suyu xüsusi bir tuneldən keçərək, stansiyanın turbinlərini hərəkətə gətirir və daha sonra dərhal çaya axır. Beləliklə, suyun yığılmasına heç bir ehtiyac yoxdur.

↑
Mobil sürümden çık