İranın müsəlman xalqı region və dünyanın digər ölkələrində yaşayan müsəlman xalqlarla birlikdə dünən Ümumdünya Qüds Günü yürüşündə iştirak etdi. Xalqın bu yürüşdəki geniş iştirakı dünyanın tanınmış informasiya vasitələri tərəfindən geniş formada işıqlandırılıb.
İran xalqı dünən cümə günü Ümumdünya Qüds Günü yürüşündə öz əzəmətli iştirakı ilə məzlum Fələstin xalqını qətiyyətli formada himayə etməklə yanaşı, sionistlərin cinayətlərini də qınadı.
Yürüş iştirakçıları daha sonra İsrailin bayrağını yandıraraq, Amerikaya ölüm və İsrailə ölüm şüarları verdilər.
Yürüşdə Qüdsün azad edilməsinin yeganə yolunun müqavimət olduğu da vurğulandı.
İran xalqının Qüds Günü yürüşündəki milyonluq iştirakını işıqlandırıb.
İsrailin yeni istifadəyə verilən İ24news telekanalı da Tehranda keçirilən Qüds Günü yürüşünü ekranlara gətirərək, iranlıların fələstinliləri himayə və İsrailin siyasətlərinə etiraz məqsədilə Qüds Günü yürüşündə iştirak etdiyini bildirib.
Əlcəzirə telekanalı da bildirib ki, milyonlarla iranlı ölkənin hər bir nöqtəsində küçələrə axışaraq, Fələstin xalqı ilə öz həmrəyliyini və İsrailə qarşı nifrətini bəyan edib.
İran xalqının Qüds Günü yürüşündəki milyonluq iştirakı ilə yanaşı, digər ölkə xalqları da bu günün mərasimlərində iştirak edərək, məzlum Fələstin xalqını himayə ediblər.
Bəhreyn xalqı cümə günü 14 Fevral hərəkatının çağırışı əsasında paytaxt Manamada və digər şəhərlərdə küçələrə axışaraq, Qüds Günü yürüşündə iştirak edib.
İraq xalqı da ölkə səviyyəsində xüsusilə paytaxt Bağdadda Qüds Günü yürüşündə iştirak edib, sionist rejimin cinayətlərini pisləyib.
Livanda da insanlar cümə günü paytaxt Beyrutda habelə, ölkənin cənubunda və Sur şəhərində Qüds Günü yürüşündə iştirak edib, məzlum Fələstin xalqına dəstək nümayiş etdirib.
Suriyalılar da cümə günü Dəməşq, Laziqiyə, İdlib və Hələb şəhərlərində Qüds Günü yürüşlərində iştirak edərək, İsrail rejiminin işğalçılıq siyasətini pisləyib, məzlum Fələstin xalqını himayə ediblər.
Avropa, Afrika, Asiya və Amerika ölkələrində də Qüds Günü müxtəlif formalarda qeyd olunub.
Fransada çoxlu sayda müsəlman mübarək Ramazan ayının son cümə günü Qüds Günü mərasimində iştirak edərək, sionistlərin fələstinlilərə qarşı cinayətlərini pisləyiblər.
Ukraynanın paytaxtı Kiyevdə də Qüds Günü qeyd olunub. İran səfirliyində keçirilən bu mərasimdə Fələstin xalqının sionistlər qarşısındakı müqaviməti və mübarizəsi himayə olunub.
Azərbaycan Respublikasında da mömin insanlar Qüds Günü yürüşündə iştirak edərək, Fələstin xalqı ilə öz həmrəyliyini nümayiş etdirib. Polis isə yürüş iştirakçılarına hücum edərək, İsrailin Bakıdakı səfirliyi önündə sionistlərə qarşı şüarlar səsləndirən insanları həbs edib.
Misir xalqı da Qüds Günü Fələstin xalqı ilə həmrəylik nümayiş etdirib. Onlarla misirli cümə günü ABŞ-ın Qahirədəki səfirliyi önündə aksiya keçirərək, Fələstin xalqına dəstək verib.
Pakistan xalqı da cümə günü Qüds Günü yürüşündə geniş formada iştirak edib. İslamabad, Lahur, Heydərabad, Kəraçi, Pişavər, Kvetta və digər şəhərlərdə keçirilən bu mərasimlərdə ABŞ və İsrailə ölüm şüarları səsləndirilib.