AsyaDünyaİranXƏBƏRLƏR

İran prezidenti ilə İraq Yüksək Mühakimə Şurasının sədri görüşdü

İran prezidenti Həsən Ruhani , İraq Yüksək Mühakimə Şurasının sədri Midhat Mahmudu qəbul etdiyi görüşdə , Tehran ilə Bağdad əlaqələrinin güclənməsinə vurğu etdi.

Prezidenti Həsən Ruhani , İraqlıların ortaq tarixi , mədəni , dini və məzhəbi bağlardan ötəri , İran üçün dost və qardaş olduqlarını ifadə edərək , İranın hər daim , İraqla əməkdaşlığın inkişafını istədiyini ifadə etdi.

Ruhani , son günlərdə İraqda təşkil edilən ümumi seçkiləri , gözəl və müvəffəqiyyətli seçkilər olaraq xarakterizə edərək , bu seçkilərin İraqda demokratiyanın yerləşdiyini göstərdiyini qeyd etdi.

Terroristlərin İraq seçkilərini maneə törətməyə çalışdığına təmas edən Ruhani , İraq dövləti və millətinin cəsurca bir addım atdığını , düşmənlərə sərt bir cavab verdiyini vurğuladı.

İraq Yüksək Mühakimə Şurasının sədri Midhat Mahmud isə , Bağdadın Tehranla əlaqələrini möhkəmlətmə etməyə vurğu edərək , İranın bölgə təhlükəsizliyi , sabitliyi və barışını qoruma və qatqı təmin nöqtəsində müsbət və davamlı rol ifa etdiyini ifadə edərək , bundan ötəri İraq xalqının məmnuniyyət duyduğunu söylədi .

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu