İran İslam Respublikası İslami Mədəniyyət və İrşad naziri Küveytə etdiyi rəsmi səfəri çərçivəsində Küveyt əmiri Şeyx Sabah əl-Əhməd əl-Caber əs-Sabah ilə bir araya gələrək iki ölkə arasındakı ikitərəfli əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsi yollarını görüşdü.
İran İslam Respublikası İslami Mədəniyyət və İrşad naziri Əli Cənnəti bu görüşdə müxtəlif sahələrdə iki ölkə arasındakı əlaqələrin inkişaf olduğuna təmas edərək, Küveyt əmirinin Tehran səfərinin ikitərəfli əlaqələrin dərinləşdirilməsi və gücləndirilməsi istiqamətində atılmış əhəmiyyətli bir addım olduğunu bildirdi.
Radikalizm, təriqətçilik və terrorizm kimi bölgədə ibarət olan problemlərin böyük bir hissəsinin mədəni səbəblərə söykəndiyini ifadə edən Cənnəti, müsəlman ölkələr arasında mədəni əlaqələrin möhkəmləndirilməsinin bu böhran və problemlərin əhəmiyyətli bir hissəsinə mane ola biləcəyini bildirdi.
Küveyt əmiri Şeyx Sabah əl-Əhməd əl-Caber əs-Sabah bu görüşdə iki ölkə arasındakı münasibətlərin gücləndirilməsi və inkişaf etdirilməsi zərurətini vurğuladı.
İki ölkə əlaqələrinin bölgə barışı və sabitliyinə zəmin yaratdığını xatırladan Küveyt əmiri, Küveytin hər zaman İslam aləmində birlik və həmrəyliyə dəstək verdiyini söylədi.