DünyaİranXƏBƏRLƏR

İran və Misir turizm sənədi imzaladılar

İranla Misir arasında turizm əməkdaşlıqları haqda razılıq sənədi Misirin turizm naziri Heşam Zəəzu və İranın Mədəni İrs, Əlişləri və Turizm Təşkilatının sədri Məhəmməd Şərif Məlikzadə tərəfindən imzalanıb.

Bu anlaşma sənədinin imzalanması mərasimi Misirin turizm nazirinin İrana səfəri zamanı təşkil edilib. Beləliklə İran və Misir özəl sektor, o cümlədən tur firmaları və turizm ofisləri vasitəsilə qarşılıqlı olaraq turist mübadiləsi haqda razılıq ediblər.Bu barədə azeri.sahartv.ir saytı məlumat verir. Məlikzadə Misirin turizm nazirindən, İranla Misir arasındakı siyasi əlaqələrin kəsilməsindən 34 il sonra İranla bir razılıq sənədi imzalayan birinci misirli rəsmi kimi yad edib.

Zəəzu Misirin tarixi abidələrinə baxış keçirmək üçün dünyanın bütün nöqtələrindən Misirə turistlərin səfərlərini müsbət qarşılayaraq, deyib: “ İran və Misir çiçəklənən və dinamikliyə malik olan sivilizasiyalara malikdirlər və İran sivilizasiyasının keçmişi də minlərlə il öncəyə qayidir ki, İran sivilizasiyasının təqdimi Misir vətəndaşları üçün maraqlı ola bilər”.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu