AsyaDünyaİranXƏBƏRLƏR

İran və Pakistan əlaqələri inkişaf edir

İran prezidenti Həsən Ruhani, Pakistan və İranın ikitərəfli əlaqələri inkişaf etdirmədə qərarlı olduqlarını söylədi.
İran prezident informasiya saytına görə, İran prezidenti Ruhani, dünən İslamabadda, İran və Pakistan arasında 6 əməkdaşlıq müqaviləsinin imzalanmasının ardından mətbuat mənsublarına etdiyi şərhdə, Pakistan baş naziri Nevaz Şərif ilə görüşündə enerji, qaz və İranın Pakistana elektrik enerjisi ixracatı kimi mövzular üzərində fikir alış-verişində olduğunu söylədi.
Ruhani, iki ölkə arasında ticarətin inkişaf etdirilməsi yollarının asanlaşdırılması, sərbəst ticarət bölgə qanunlarının daha asan hala gətirilməsi, sərhəd bazarlarının yaradılması və iki ölkə limanları arasında əməkdaşlığın gücləndirilməsi məsələlərinin Pakistan baş naziri ilə ələ alınan mövzular arasında olduğunu söylədi.
Ruhani, iki ölkənin ortaq mədəniyyətlərə sahib olduğuna təmasla, iki ölkə arasında mədəni əməkdaşlığın də inkişaf etdirilməsi lazım olduğunu ifadə etdi və İranın Pakistan ilə təhlükəsizlik mövzusuna da xüsusi əhəmiyyət verdiyini və iki ölkənin terrorla mübarizədə əməkdaşlıq mövzusunda qərarlı olduğunu söylədi.
İran İslam Respublikasının prezidenti, İran və Pakistanın bölgənin təhlükəsizliyi və sebatının gücləndirilməsi üçün ortaq əməkdaşlıq və bölgə problemlərinin həlli mövzusunda da siyasi yolların istifadə edilməsi lazım olduğu mövzusunda ortaq fikirdə olduqlarını söylədi.
İran prezidenti Ruhani’nin bu gün (şənbə) Pakistan prezidenti ilə Memnun Hüseyn ilə görüşü gözlənilir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu