
İran İslam Respublikası Hüquq Mühafizə qüvvələrinin sərhəd qoşunları komandanı İranın qərb və cənub sərhədlərində narkotraffikə nəzarət və İran əleyhinə hər cür hərəkətləri aşkarlamaq üçün pilotsuz təyyarələrdən istifadə olunacağından xəbər verib.
General Hüseyn Zülfüqari deyib: Quru və su sərhədlərində narkotik maddələr mafiyasının fəaliyyəti, habelə İrana qarşı hər cür hərəkətin qarşısını almaq çərçivəsində pilotsuz təyyarələrdən istifadə ilə İranın qərb və cənub sərhədlərinə nəzarət olunacaq.
“İranın qərb və cənub sərhədlərinə nəzarət zamanı pilotsuz təyyarələrdən istifadə üçün lazımi infrastrukturlar yaradılmaqdadır ki, onların təkmilləşdirilməsi ilə İranın qərb və cənub sərhədlərinə pilotsuz təyyarələr vasitəsi ilə nəzarət başlanacaqdır” –deyə general-mayor Züfüqari əlavə edib.