DünyaXƏBƏRLƏR

Latın Amerikası və Karaib ölkələri birliyi nüvə silahları olmayan bir dünya üzərində təkid edib

33 üzv ölkəyə malik olan Cənubi Amerika və Karaib ölkələri birliyi bir bəyanat yayaraq, dünyanın nüvə silahlarından təmizlənməsini istəyib.

Bu regional birliyin Argentinanın paytaxtı Buenes Ayresdə keçirilən iclasının sonunda qəbul olunmuş bəyanatda üzv və digər ölkələrdən istənilib ki, nüvə silahları olmayan bir dünyaya nail olmaq istiqamətində beynəlxalq dairələrin hüquqi müstəvidə bir həll yolunun tapılması ilə bağlı səylərinə qoşulsunlar.
Bu bəyanatda deyilir: Biz beynəlxalq ictimaiyyətlə birlikdə dünyanın nüvə silahlarından təmizlənməsinin tərəfdarıyıq. Bunun üçün isə ən etibarlı yolun bütün nüvə silahlarının məhv edilməsi olduğuna inanırıq.
Bu regional bloka görə, nüvə silahlarının tamamilə məhv edilməsi ən ali məqsəd olaraq bütün ölkələrin diqqət mərkəzində olmalıdır. Və bu silahdan istifadə və ya onunla digər ölkələrin təhdid edilməsi ehtimallarını aradan qaldırmaq üçün isə ən real və etibarlı yol bu silahların tamamilə məhv edilməsidir.
Bu bəyanat 26 sentyabrda BMT Baş Assambleyasında dünya ölkələri başçılarının zirvə toplantısında müzakirəyə çıxartmaq istəyirlər.
İlk dəfə olaraq dünya ölkələri başçıları BMT Baş Assambleyasında nüvə silahlarının məhvi məsələsini araşdıracaqlar.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu