Site icon İslami Dəvət

İran və Əfqanıstan Miləkdə ikinci körpünün tikintisini müzakirə etdi

İran və Əfqanıstan Miləkdə ikinci körpünün tikintisini müzakirə etdi

Əfqanıstan hökumətinin Nəqliyyat və Aviasiya naziri Məhəmməd Fazil Məzlum, Nimruz valisi Əbdülməna(n) Mahmud və bir qrup İran rəsmisi sərhədin hər iki tərəfindəki obyektlərə baxış keçirərək tranzit infrastrukturlarının inkişafı və Miləkdə ikinci körpünün tikintisi məsələlərini müzakirə ediblər.

Əfqanıstan nümayəndə heyəti Sistan və Bəlucistan vilayətinə səfəri çərçivəsində İpək körpüsü sərhəd-keçid məntəqəsinə baxış keçirib və vilayətin valisi Mənsur Bicarla görüşüb. Görüşdə sərhəd infrastrukturlarının inkişafı, tranzit imkanlarının artırılması və Miləkdə ikinci körpünün tikintisi ilə bağlı əvvəlki anlaşmaların icrası müzakirə olunub. Layihə nəqliyyat vasitələrinin hərəkətini asanlaşdırmaq, yükdaşımaların həcmini artırmaq və iki ölkə arasında ticarət mübadiləsini genişləndirmək məqsədi daşıyır.

Exit mobile version