İranİraqXƏBƏRLƏR

“İran xalqların canını təhlükəyə atan istənilən terror hərəkətinə qarşıdır”

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Əl-Qaidənin təfəkkürünün İran İslam Respublikası ilə heç bir uyğunluğu yoxdur və İran xalqların canını təhlükəyə atan istənilən terror hərəkətinə qarşıdır.

İran XİN sözçüsü- Ramin Mehmanpərəst bu gün çərşənbə axşamı günü 2 həbs olunan terrorçunun Əl-Qaidə üzvlərindən olması və İranda yerləşməsi ilə əlaqədar Kanada rəsmilərinin ittihamı barəsində deyib: İddia olunan şəxslərin barəsində heç bir faktlı sənəd yoxdur.

İran XİN sözçüsü əlavə edib: İran İslam Respublikası terrorizmin ən böyük qurbanıdır. Halbuki Kanadanın ifratçı hökuməti son illərdə İranofobiyanı öz gündəminə salmışdır və bu iddianın Kanada hökumətinin düşmənçilik davranışının davamı olması mümkündür.

“Bütün ölkələr terrorizmlə mübarizə aparmalıdırlar. Əgər Kanada hökuməti terrorizmlə mübarizə aparmaq istəyirsə, Suriyanın təhlükəsizliyini qarışdıran və orada terror aktları törədən şəxslərlə də mübarizə aparsın” –deyə Ramin Mehmanpərəst söyləyib.

İran XİN sözçüsü həmçinin Amerikanın bəzi region ölkələrinə, eləcə də sionist rejimə hərbi kömək və silah üzrə əməkdaşlıqda məqsədini regionu de-stabil etmək və silah satmaq adlandırıb.

İran barəsində hərbi seçimi inkar olunan adlandırmayan ABŞ-ın müdafiə naziri- Çak Heygelin açıqlamasına reaksiya verən Ramin Mehmanpərəst bildirib: İran İslam Respublikası yetərincə qüdrətlidir. Öz hüququnu müdafiə edə bilər və heç bir düşmənə təcavüz icazəsi verməyəcək.

Xarici İşlər Nazirliyinin mətbuat katibi İran, Ərəbistan, Misir və Türkiyənin Suriya böhranının həlli üçün dördtərəfli iclasının təşkil olunması barəsində deyib: İran bütün səy və tədbirləri ilə bu böhranın ən yaxşı mümkün və dinc yolla həll olunmasını izləyir.

Mehmanpərəst həmçinin İraq hökumətinin İran təyyarələrinin yoxlanılması ilə bağlı hərəkəti barəsində deyib: Bu hərəkət güzəşt olunası və əsaslandırılası deyildir. Tehran bu məsələ ilə bağlı öz etirazını bildirib və onu beynəlxalq qanunlar və konvensiyalara zidd hesab edir.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu
Kapalı