Türkiyəyə səfər edən İran xarici işlər naziri Məhəmməd Cavad Zərif ötən gecə (şənbə 4 yanvar) İstanbulda Türkiyə baş naziri Rəcəb Təyib Ərdoğan ilə görüş keçirərək danışıqlar aparıb.
İran XİN-nin diplomtiya üzrə baş idarəsinin verdiyi məlumata əsasən, Zərif və Ərdoğan bu görüşdə ikitərəfli münasibətlərin genişlənməsindən və son aylarda əlaqələrin daha güclənməsindən razı qalaraq bu əməkdaşlıqların qarşıda Türkiyə baş nazirinin Tehrana olacaq səfərinədək daha da güclənməsi üzərində danışıb fikir mbadiləsi aparıblar.
İkitərəf ticarət üzrə əməkdaşlıqların güclənməsi və 2015-ci ildə ticarət üzrə mübadilələrin 30 milyard dollara çatması üzrə mövcud potensiallardan bəhrələnməkvə lazımı ahəngdarlıqların edilməsi və iki ölkə tacirləri və iş adamları və aktiv şirkətlkərin fəaliyyətini əngəlləyən maneələrin ortadan qaldırılması üzərində təkid ediblər.
İran xarici işlər naziri və Türkiyə baş naziri həmçinin iki ölkə arsında cari ayda müştərək iqtisadi komissiyanın 34-cü iclasının Türkiyədə keçiriləcəyini müsbət qarşılayıblar.
Region və İslam dünyası məsələri, o cümldən Suriya, İraq, Əfqanıstan və Misirdə cərəyan edən olaylar isə iki ölkə rəsmilərinin apardıqları müzakirələrin digər hissələrini təşkil edib.
İkitərəf həmçinin Suriya böhranı barədə məsləhətləşməlrin davamı və ortaq mövqelərin gücləndirilməsini həmçinin böhranın siyasi çıxış yoluna yardım göstərən hər bir ortaq addımların atılmasının vacib olduğu üzərində təkid ediblər.
İran xarici işlər naziri bu görüşdə İran prezidenti Ruhani və vitse-prezident Cahagirinin özəl salamlarını Türkiyə baş nazirinə çatdırıb. Ərdoğan isə Zərifdən istəyib ki, onunda isti salamları və sayğılarnı İran prezidenti və vitse-prezidentinə çatdırsın.
İran xarici işlər naziri cənab Zərif Rəcəb Təyib Ərdoğan ilə keçirdiyi görüşdən öncə türkiyəli həmkarı Əhməd Davudoğlu ilə də görüş keçrərək, İran ilə Türkiyənin regionun iki əsas və təsiredici ölkəsi kimi əlaqələrinin daima inkişafda olduğunu bildirmişdi.
İran xarici işlər naziri Türkiyə rəsmiləri ilə keçirdiyi görüşləri bitirdikdən sonra bu gün (bazar 5 yanvar) Tehrana qayıdır.