Site icon İslami Dəvət

İran XİN başçısı Əraqçi: 12 ölkənin həmkarları ilə regional gərginliyi müzakirə etdik

İran XİN başçısı Əraqçi: 12 ölkənin həmkarları ilə regional gərginliyi müzakirə etdik

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, son 48 saat ərzində Oman, Misir, İordaniya, Səudiyyə Ərəbistanı, Qətər, Kipr, Türkiyə, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Tunis, İraq və Pakistanın xarici işlər nazirləri ilə ayrı-ayrılıqda telefon danışığı aparıb. O, bu danışıqlarda regional və beynəlxalq hadisələrin son vəziyyətini, həmçinin ABŞ və Sionist rejimin gərginlik yaradan addımlarının nəticələrini müzakirə etdiklərini açıqlayıb.

Əraqçi qeyd edib ki, məsləhətləşmələr zamanı İran İslam Respublikasının prinsipial mövqelərini izah edib və ölkələrin milli suverenliyinə hörmət göstərilməsinin, təcavüz və təhdidlərin dayandırılmasının, xarici qüvvələrin dağıdıcı müdaxilələrindən çəkinməyin vacibliyini vurğulayıb. O, həmçinin ölkəsinin suverenliyini və milli təhlükəsizliyini müdafiə etmək hüququna malik olduğunu, regionda regiondankənar güclərin müdaxiləsi olmadan təhlükəsizlik mexanizmlərinin formalaşdırılmasının zəruriliyini bildirib.

Exit mobile version