İranın xarici işlər naziri Abbas Əraqçi Bosniyada iranlı diplomatların ölkədən çıxarılmasına münasibət bildirərək ABŞ-ı ittiham edib. O, “ABŞ-lılar elə bir atmosfer yaradıblar ki, istənilən yerdə və ya hansısa ölkədə hadisə baş verəndə bunun İranın işi olduğunu düşünürlər” – deyə bildirib.
Əraqçi vurğulayıb ki, İran əleyhinə təhrif olunmuş atmosfer yaratmaq məqsədi daşıyan layihə həyata keçirilir.
