İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-la əlaqə kanallarının yalnız Qətər və Pakistanla məhdudlaşdığını açıqlayıb. Əraqçi “Biz diplomatiya tərəfdarıyıq və hələ də diplomatiyaya ümid edirik” – deyə bildirib.
O, bəzi ölkələrin özlərini bu prosesə cəlb etməyə çalışdığını, lakin hazırda mövcud vasitəçilərin dəyişdirilməsi, onların sayının azaldılması və ya yeni vasitəçinin əlavə olunması üçün heç bir əsas görmədiklərini vurğulayıb.
Əraqçi hazırkı yolun davam etdiyini, mesajların ötürüldüyünü və bu prosesin davam edəcəyini qeyd edib. Onun sözlərinə görə, proses ölkədəki məsul qurumların tam nəzarəti və idarəçiliyi altında həyata keçirilir.
