İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəqai ABŞ senatorunun İranın nüvə proqramı ilə bağlı açıqlamasına münasibət bildirib. Bəqai qeyd edib ki, həmin senator İranla bağlı AIPAC-ın mətnləri və təlqinləri ilə özünü məhdudlaşdırmasaydı, yəqin ki, elə ilk andan Rafael Qrossinin noyabrın 18-də verdiyi açıqlamanın uranın zənginləşdirilməsi müəssisələrinin genişləndirilməsi barədə olduğunu başa düşərdi.
İran XİN sözçüsü vurğulayıb ki, Qrossinin bəhs etdiyi müəssisələr İranda deyil, Şimali Koreyada yerləşən Yonbyonda yerləşir.
