AzərbaycanXƏBƏRLƏR

İranın BMT-dəki daimi nümayəndəliyi BMT İnsan Haqları Şurasının hesabatına reaksiya verdi

İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəliyi bu təşkilatın İnsan Haqları Şurasının xüsusi məruzəçisi tərəfindən irəli sürülən ittihamları rədd edib.
İran İslam Respublikasının BMT-nin Nyu-York qərargahındakı daimi nümayəndəliyi BMT İnsan Haqları Şurasının xüsusi məruzəçisi Əhməd Şəhid tərəfindən irəli sürülən ittihamları rədd edib və onu İran İslam Respublikasının hazırkı həqiqətlərini nəzərə almadan ədalətsiz, məqsədli və qərəzlərlə və siyasi xarakterli motivlərlə dolu adlandırıb.
Əhməd Şəhidin hesabatı oxunduqdan dərhal sonra İranın nümayəndəliyinin eksperti tərəfindən hazırlanan cavab müvazinətli, tərəfsiz, nüfuz və siyasi motivlərdən uzaq, eləcə də İranın son siyasi və ictimai proseslərinə uyğun hesabatın hazırlanması üçün İslam Respublikasının müraciəti bu şuranın üzvlərinə təqdim olunub.
İranın nümayəndəliyinin eksperti Əhməd Şəhidin hesabatını təşkil edən amillər və mahiyyəti kəskin tənqid edərək onun İranın bugünkü ictimaiyyətinin proses və reallıqlarını əks etdirmədiyini söyləyib və bu istiqamətdə Əhməd Şəhidin İranın siyasi və ictimai şəraitindən tam məlumatlı olmadığını nəzərə alaraq xüsusi məruzəçinin seçilməsi prosesinin ləngiməsindən təəssüflənib.
İranın daimi nümayəndəliyinin üzvü bildirib ki, ifratçılar, terrorizm və özbaşına hökumətlərdən əziyyət çəkən regionda insan haqları, mötədillik və dini demokratiyanın icra olunduğu bir ölkədə yalnız insan haqlarının vəziyyəti barəsində qeyri-siyasi, bərabər və tərəfsiz davranışla etimadı yaratmağa və əməkdaşlıqların artırılmasına kömək etmək olar.
Siyasi xarakterli və məntiqsiz olduğunu sübuta yetirən hesabatın nöqsanlarını açıqlayan İranın daimi nümayəndəliyinin eksperti İran İslam Respublikasının beynəlxalq öhdəliklərə sadiq qaldığını və insan haqları strukturları ilə əməkdaşlıqların artırılmasında yeni hökumətin maraqlı olduğunu vurğulayıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu