İran Xarici İşlər Nazirliyinin mətbuat katibi diplomatiya sahəsində İrandan kənarda yaşayan iranlıların rolunun gücləndirilməsinin vacibliyini vurğulayıb.
Mərziyə Əfxəm İrandan xaricdə yaşayan iranlıların işlərinə baxan idarənin ali şurasının baş katibi ” Seyid Cavad Qəvam Şəhidi ” ilə görüşdə ölkədən xaricdə yaşayan iranlıların imici və yerinin yüksəldilməsi çərçivəsində müəyyən siyasətlərin həyata keçirilməsinin üzərində təkid edərək bu sahədə sözügedən şuranın rolunun gücləndirilməsini istəyib.
Əfxən əlavə olaraq deyib : Qabaqkı metod-üslubları nəzərdən keçirmək , yeni yolları diqqət mərkəzində saxlamaq , yeni strukturu və potensiallardan istifadə etmək İrandan xaricdə yaşayan iranlılarla sıx əməkdaşlığın bərqərar edilməsi üçün zəruridir.