“İranın izlədiyi siyasətlər qəbul ediləsi deyil və bu ölkə rəhbərliyinin bu təhlükəli prosesi durdurmadığı zamana kimi biz İrana qarşı maliyyə və iqtisadi təzyiq vasitələrindən istifadə edəcəyik.” Bu sözlər ABŞ-ın maliyyə naziri Timoti Qayterə məxsusdur.
Amerika İrana qarşı müharibə elan edib. İrana qarşı başladılmış iqtisadi müharibə xərçəng və digər təhlükəli xəstəliklərlə əlbəyaxa olan iranlı xəstələrin həyatını ciddi təhlükə ilə üzləşdirib. Əlbəttə sanksiyalar İrana qarşı müharibə üçün lazımi zəmin yaratmaq xarakteri daşıyır. ABŞ-ın müharibə naziri Henri Stimson da bu haqda deyir: “Sanksiyalar Amerikanın müharibəyə başlaması üçün İranı lazım olan mövqeyə çəkmək üçündür”.
Amma, aydın olan bir məsələ var: Amerika İrana qarşı sanksiyalar tətbiq etməklə beynəlxalq dərman terrorizminə rəvac vermiş olub. Müxtəlif xəstəliklərdən əziyyət çəkən və xaricdən ölkəyə gətirilən dərman preparatlarına ehtiyaclı olan milyonlarla iranlı xəstə yaranmış vəziyyətdən əziyyət çəkirlər. Və onlar ABŞ-ın bu cinayətkar əməlindən agahdırlar.
İrana qarşı dərman terrorizmi
