FələstinXƏBƏRLƏR

Fələstinlilər aksiya keçirərək, əsirlərin azad edilməsini istəyiblər

Fələstin xalqı İordan çayının qərb sahilində sionist rejimin əsiri olan fələstinli əsirlərlə həmrəylik məqsədilə etiraz aksiyası təşkil ediblər.
Aksiya iştirakçıları şənbə günü Beytül-Müqəddəsdə bir araya gələrək, bir daha bütün fələstinli əsirlərin azad edilməsini istəyiblər.
Fələstinlilər bu etiraz aksiyasında əllərində 2012-ci ilin iyul ayından İsrail rejiminin zülmlərinə etiraz olaraq aclıq aksiyası elan edən fələstinli əsir Samir əl-İsavinin fotoşəkilini daşıyıblar.
İsavi və mindən artıq digər fələstinli əsir İsrail və Həmas arasında 2011-ci ildə əldə olunmuş əsirlərin mübadiləsi anlaşması əsasında azad edilmiş, amma, bir neçə ay sonra yenidən sionistlər tərəfindən həbs edilərək, zindana salınmışdır.
Sionist rejim zindanlarında 4 min 500 yüzdən çox fələstinli əsir saxlanılır. Onların bir çox mühakimə olunmadan uzun illərdir ki, həbsdə saxlanılır.
Müstəqil mənbələr isə İsrail məhbəslərində 11 mindən çox fələstinli əsirin olduğunu bildirirlər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu