İrana qarşı sanksiya divarı uçmağa başlayıb

 İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və xarici Siyasət Komissiyasının sədri bəyan edib : İrana qarşı sanksiya divarı çatlayıb və uçmağa başlayıb.

Əlaeddin Burucerdi çərşənbə günü İran parlamentinin açıq iclasında etdiyi çıxışında İranla Altılıq qrupunun nüvə danışıqlarına və Cenevrə görüşündə imzalanmış razılaşmaya işarə edərək deyib : Cenevrədə Tehranın müzakirəçi heyətinin işi çox təyinedici idi . Çünki nüvə müzakirələrinin səhnəsi tam döyüş bir arenası olmuşdur.

Çıxışının digər bir hissəsində həmrəylik və yekdilliyi növbəti nailiyyətlərin əsas zərurəti sayan Burucerdi İran xalqının əleyhinə mövqe tutan düşmənlərə xitabən xəbərdarlıq edib və deyib : İran xalqının mövqeyi dəyişilməzdir və o da , haqlı nüvə hüququnun himayə edilməsidir.

İİR və Altılıq qrupu noyabrın 24-də Cenevrədə nüvə sahəsində önəmli bir razılaşma sənədini imzalayıblar.

Exit mobile version