ABŞ-ın BMT-dəki keçmiş səfiri bəzi konqresmenlərin İrana siyasi təzyiqlərin edilməsi məqsədilə saknsiyaların artırılmasına çalışmalarını təsirsiz vasitə və yanlış addım adlandırıb.
Tomas Peykering deyib: ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin İrana qarşı yeni sanksiyaların tətbiq edilməsi üzrə səylərinin Amerikaya heç bir xeyri yoxdur.
ABŞ-ın BMT-dəki keçmiş səfiri əlavə edib: Sanksyiaların artırılması ilə hədələmək Cenevrə anlaşması və ABŞ dövlətinin öhdəlikləri ilə təzaddadır. Çünki, Cenevrə anlaşmasına əsasən Ağ Ev üzərinə öhdəlik götürüb ki, 6 aylıq sınaq müddəti başa çatana kimi İrana qarşı heç bir yeni sanksiya tətbiq etməsin.