“İrana yönələn sanksiyalardan məqsəd İranın iqtisadi problemlərini artırmaqdır”

Rusiyanın xarici işlər nazirinin müavini Qenadi Qatilov ABŞ-ın İrana qarşı yeni sanksiyalarına münasibət bildirib.

Rusiyanın xarici işlər nazirinin müavini Qenadi Qatilov ABŞ-ın İrana qarşı yeni sanksyalarını nüvə münaqişələrinin həllinə heç bir təsiri olmayacağını bildirib.

O Avropa təhlükəsizlik şurasının sanksyalarını yetərli hesab edərək yeni aktların həll edici olmayacağını bildirib.

Rusiyalı nazir müavini sanksiyaların İranın iqtisadiyyatını hədəf aldığını bildirərək deyib: “Bu işdən məqsəd İranın iqtisadi problemlərini artırmaqdır və nüvə məsləsinin həllinə heç bir köməyi dəyməyəcək.”

Rusiya Avropa təhlükəsizlik şurasının üzvü olmasına baxmayaraq İrana qarşı atılan sanksiyalara daim əleyhinə olub.

↑
Mobil sürümden çık