İranın təhsil və təlim-tərbiyə nazirinin ibtidai təhsil üzrə müavini deyib: “Qönçələr bayramı” bu gün səhər ölkənin bütün orta məktəblərində təxminən 1 milyon 300 min 1-ci sinif şagirdinin iştirakı ilə keçirilib.
Fatimə Qurban əlavə edib: Bu mərasim 1-ci sinif şagirdlərinin müəllimlərlə, siniflərlə və məktəblə tanışlığı məqsədilə ibtidai məktəblərdə keçirildi.
Nazir müavinin sözlərinə görə, Yeni təhsil ilində 6 milyon 900 min məktəbli ibtidaidə dərsə başlayacaq. Bu statistika ötən illə müqayisədə 50 min nəfərin çox olduğunu göstərir.
