İranXƏBƏRLƏR

İranda 165 ton narkotik maddə aşkar və zəbt edilib

İran İslam Respublikası Nizam-İntizam Qüvvələrinin komandan əvəzi ötən 4 ay ərzində 165 ton müxtəlif növ narkotik maddənin aşkar və zəbt edildiyini bildirib.

Əhməd Rza Radan jurnalistlərə verdiyi açıqlamada deyib: Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il aşkar edilən narkotik maddələrin miqdarı həddən artıq çoxdur.
Radan daha sonra deyib: Nizam-İntizam Qüvvələrinin narkotik qaçaqçıları ilə əsas mübarizə məkanı ölkənin cənub şərq sərhədləri boyuncadır. Məqsədyönlü bir proqram əsasında polis bu əməliyyat zamanı böyük uğurlar qazanıb.
İranın Nizam-İntizam Qüvvələrinin komandan əvəzi əlavə edib: Bu məsələ quru yolu ilə ölkəmizə narkotik maddələrin qaçaq edilməsinin azalmasına səbəb olub. Elə buna görə də qaçaqçılar indi çalışırlar ki, dəniz yolu ilə ölkəyə narkotik gətirsinlər.
Əhməd Rza Radan sərhədlərdəki patrul dəstələrinin gücləndirilməsinə işarə edərək, deyib: Təyin edilmiş hədəf və məqsədlərə uyğun olaraq, quru və dəniz sərhədlərində polis qüvvələrinin iştirakı gücləndirilib.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu