İslami Oyanış Beynəlxalq Assambleyasının baş katibi 11 martda Tehranda keçiriləcək “Beynəlxalq qüdrət həndəsəsində islam dünyasının rolu” Beynəlxalq konfransının məqsədini açıqlayıb.
İslami Oyanış Beynəlxalq Assambleyasının baş katibi Əli Əkbər Vilayəti bu gün Tehranda jurnalistlərə verdiyi açıqlamada islam dünyasında vəhdəti İslam İnqilabının Böyük Rəhbərinin bələdçiliklərinin nəticəsi adlandırıb və deyib: Tehranda keçiriləcək “Beynəlxalq qüdrət həndəsəsində islam dünyasının rolu” beynəlxalq konfransında bu vəhdət və onun icrası, həqiqi islam və təkfirçilərin rəftarının qarşısının alınması bəyan olunacaq.
Vilayəti əlavə edib: bütün islam ölkələri, o cümlədən Qətər və Səudiyyə Ərəbistanından qonaqların iştirakı ilə keçiriləcək bu iki günlük konfransda İslami Oyanış Beynəlxalq Ali Şurasının üzvləri məqalələri və islami oyanış sahəsində islam dünyasına dəyən zərbələri araşdıracaqlar.
“İslami Oyanışda ziyalılar və təsiredici ölkələrin müştərək məqsədi xüsusi ölkələrin müstəbid və müstəmləkədən xilası, birgə yaşamaq və islam dünyasının digər dinlərlə münasibətlərinin tənzimlənməsidir” –deyə Vilayəti bildirib.