İranda builki Beynəlxalq Qurani-Kərim Sərgisi 40 bölmədə keçiriləcək

İranın mədəniyyət və islami irşad naziri deyib: Müsəlman xalqların mədəniyyəti , nəfsi təmizləmə zirvələri və Qurani-Kərim yolunda hədəfə çatanlar, Tehran Beynəlxalq Qurani-Kərim Sərgisinin yeni bölmələrindəndir.

Seyid Məhəmməd Hüseyni Qurani-Kərim sərgisi üzrə mətbuat konfransının kənarında media mənsubları toplusunda deyib: Builki Qurani-Kərim Sərgisinin 40 bölməsindən on bölməsi ilk dəfədir ki, bərpa edilib. Beynəlxalq bölmədə müsəlman xalqların mədəniyyəti, Qurani ənənələri və iclasları nümayiş etdiriləcək. Qurani-Kərim yolunda hədəfə çatanlar bölməsində isə bütün dünyada Qurani-Kərimlə tanış olmaqla böyük dəyişikliklər yaşayıb, İslam dininə iman gətirənlər təqdim ediləcəklər.

Hüseyni deyib: Nəfsi təmizləmə zirvələri bölməsində isə Ayətullah Xoşvəqt , Ayətullah Həqşens və Ayətullah Tehrani kimi böyük din alimləri təqdim ediləcəklər.

Tehran Beynəlxalq Qurani-Kərim Sərgisi tir ayının 14-dən mordad ayının 14-ə qədər( 5 iyuldan 5 avqusta qədər) İmam Xomeyni(rə) adına böyük Müsəllada keçiriləcək.

↑
Mobil sürümden çık