İranın Sərhəd polis rəisi Hüseyn Zülfüqari bildirib: Seçkilər keçirilən dövrdə sərhədlərə birbaşa nəzarət güclənəcəkdir ki, seçkilər barəsində de-stabil vəziyyət yaratmaq istəyən şəxslər olarsa, onların hərəkətlərinin qarşısı alınsın.
Hüseyn Zülfüqari həmçinin sərhədyanı ərazilərdə yaşayanlara yanacaq payının təyin olunması barəsində də deyib: Sərhədyanı ərazilərdə yaşayanlara yanacaq payının təyin olunması ilə onların məişətinə kömək nəzərdə tutulubsa, məntiqi alqı-satqı çərçivəsində olmalıdır.
