İranda daha bir zəlzələ

Bu gün İranda Rixter cədvəli üzrə 4,9 bal gücündə zəlzələ İsfahan ostanın Gülşəhər şəhərində baş verib.

Tehran Universitetinin Geofizika Müəssisəsi bu gün saat 07:38 dəqiqədə bu zəlzələnin baş verdiyini bildirib.

İsfahan Valiliyinin Fövqəladə Hallar Baş İdarəsinin müdiri- Şişefuruş bu zəlzələnin dərinliyini 21 km elan edib və bildirib: Bu yeraltı təkan Qolpayeqan, Xansar, Fereydun və Fereydunşəhr şəhərlərində də hiss olunub.

O deyib: Xilasedicilər xəsarətləri araşdırmaq üçün zəlzələ bölgələrinə ezam olunublar.

Bu yeraltı təkanın ehtimal olunan xəsarəti ilə bağlı məlumat verilməyib.

Exit mobile version