Bu gün Dövlət kabineti İmam Xomeyni (rə) ilə ilqar təzələyir.
Əldə edilən məlumata əsasən, İran Prezidenti və başçılıq etdiyi dövlət kabineti bu gün Dövlət həftəsinin ilk günündə İslam İnqilabının Banisi İmam Xomeyni (rə)-ın yüksək amalları ilə ilqarı təzələdilər
Bu gün İran prezidenti Həsən Ruhani və başçılıq etdiyi dövlət kabineti İİR Quruluşunun təsisçisi İmam Xomeyni (rə) məqbərəsini ziyarət etdikdən sonra, şəhidlər Rəcai və Bahonərin məqbərəsini ziyarət etdilər.
İranda hökumət həftəsi (şəhidlər Rəcai və Bahonərin şəhadət günlərinin ildönümü münasibəti ilə) bu gündən etibarən bir həftə müddətində və hökumətin əldə etdiyi nailiyyətlərini qeyd etmək üçün keçiriləcək.
1981-ci milad ili (30 avqust)İran prezidenti şəhid Məhəmmdəli Rəcai və baş naziri şəhid Məhəmməd Cavad Bahonər hökumət üzvlərininin bir qrupu ilə yanaşı baş nazirin ofisində baş verən terror aktında şəhid edildilər.
Bu partlayış müstəmələkəçi quruluşun istəyi ilə terrorçu Münafiqlər qruplaşması vasitəsi ilə həyata keçirildi.