İranXƏBƏRLƏR

İranda ilk transgenik istixanası istifadəyə verilib

İran İslam Respublikası prezidenti Əlborz ostanında olaraq, eyni zamanda İranın 4 min 215 kənd təsərrüfatı layihəsini istifadəyə vermə mərasimində iştirak edib.

Həmçinin bu gün səhər İran prezidentinin İranın Kənd Təsərrüfatı Biotexnologiyası Tədqiqat Mərkəzində iştirakı ilə İranın ilk transgenik istixanası istifadəyə verilib.

İRİB-nin verdiyi məlumata görə bu istixananın istifadəyə verilməsi ilə transgenik məhsulları üzərində araşdırmaların həyata keçirilməsi və bu məhsulların zəmilərdə istifadə edilməsinə zəmin yaranır.

Transgenik bitkiləri, genetik mühəndisliyi yolu ilə genetika quruluşları dəyişdirilən bitkilərdirlər. bu dəyişiklik bitkilərin bəzi xəstəlikləri qarşısında bitkilərin müqavimətlərinin artırılması və bitkinin fəaliyyətinin yaxşılaşdırılması habelə kənd təsərrüfatı sahəsində iş mexanizminin məhsuldarlığının artırılması məqsədilə həyata keçirilir

İranın transgenik istixanası min 200 hektardan çox sahə ilə Kərəc şəhərindəki Kənd Təsərrüfatı Biotexnologiyası üzrə Tədqiqat Mərkəzində inşa edilib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu