İranda İngiltərə səfirliyinə hücumun detalları açıqlanıb

İran İslam Respublikasının polis rəisi İngiltərə səfirliyinə hücum və digər məsələlər barəsində ətraflı açıqlama verib.

İran İslam Respublikasının polis rəisi deyib: Tehranda 1390-cı günəş ili İngiltərə səfirliyinə hücum hesablanmış addım idi və İngiltərə səfirliyinin işçiləri özləri qapını etirazçıların üzlərinə açdılar.

Bazar ertəsi günü tələbələrin suallarının cavablandırılması məqsədilə keçirilən iclasda general İsmayıl Əhmədi-Müqəddəm 1390-cı günəş ili İngiltərə səfirliyinə hücum barəsində deyib: Mən özüm hadisə baş verən gecə səfirlikdə oldum. Diplomatik polis məmurları, müvəqqəti işlər vəkili və səfirliyin diplomatları təhlükəsiz binaya köçürülmüşdülər. Mən daxil olduğum zaman onların heç bir nigaranlığının olmadığını gördüm.

İran polis rəisi bildirib: Səfirlik işçilərindən birinə dedim ki, səfirlikdə təhlükəsizliyin təmin olunması üçün xüsusi qüvvələrdən istifadə edilsin. Müvəqqəti işlər vəkili olan xanım qəbul etdi. Lakin onun təhlükəsizlik məsələləri üzrə müşaviri onun qulağına nəsə söylədi. Müvəqqəti işlər vəkili dərhal bildirdi ki, istəmirik və biz də qüvvələri dərhal səfirlikdən çıxardıq. Əlbəttə, onlardan biri qapını açdı ki, bu da bir məkrli plan idi.

1390-cı günəş ilinin azər hadisələri və İngiltərə səfirliyinə hücum barəsində bir tələbənin sualını cavablandıran hüquq-mühafizə qüvvələrinin komandanı səfirliyə hücumun İngiltərə tərəfindən bir addım olduğunu bildirərək söyləyib: Fikrimcə, bu, onların yaratdıqları məkrli plan idi və İngiltərə səfirliyinin öz işçiləri qapını açdılar. Çünki qapı ikilaylı və gülləkeçirməz idi və yalnız nəzarət otağından açılır.

“Onlara dedim ki, fikriniz nədir? Səfirlik işçilərindən birinə dedim ki, səfirlikdə təhlükəsizliyin təmin olunması üçün xüsusi qüvvələrdən istifadə etsinlər. Müvəqqəti işlər vəkili olan xanım qəbul etdi. Lakin onun təhlükəsizlik məsələləri üzrə müşaviri onun qulağına nəsə söylədi. Müvəqqəti işlər vəkili dərhal bildirdi ki, istəmirik və biz də qüvvələri dərhal səfirlikdən çıxardıq. Əlbəttə onlardan birini qapını açdı ki, bu da bir məkrli plan idi. Lakin daxil olmamalı idik. Məmurlardan biri tələbələri itələdi ki, səfirliyə daxil olsunlar. İslam İnqilabının Böyük Rəhbərinin yanında getdikdə buyurdular ki, çox yanlış hərəkət idi və bizim zərərimizə oldu.

↑
Exit mobile version