“Dünya xalqlarının beynəlxalq məsələləri birgə formada idarə etməsi dünyada sülh və sabitliyin bərqərar edilməsi üçün yeganə yoldur”. Bunu Qoşulmama Hərəkatı katibliyinin sədri- Rəhim Məşayi deyib.
R.Məşayi İranın Qoşulmama Hərəkatına sədrliyi dövründə hərəkatın potensiallarından daha artıq və daha yaxşı istifadə məqsədilə müəyyən addımların atıldığını deyərək, vurğulayıb: İranın Qoşulmama Hərəkatına sədrlik dövründəki əsas məqsədi, “dünyanın müştərək formada idarə edilməsi” ideyasını rəsmiləşdirmək və hərəkatın qəbul etdiyi qərarların icrasına zəmanət vermək üçün lazımi strukturun yaradılmasıdır. Bu barədə azeri.sahartv.ir saytı məlumat verir.
İsfəndiyar Rəhim-Məşayi Qoşulmama Hərəkatının mədəni potensialları adlı iclasda BMT-dən sonra Qoşulmama Hərəkatının dünyada ikinci ən iri beynəlxalq qurum olduğunu deyərək, deyib: İranın QH-yə sədrliyi dövründəki əsas şüarı, dünyanın birgə idarə edilməsi, haqq və düşünülmüş sözdən ibarətdir və şübhəsiz, bu şüar və hədəf dünya ictimaiyyəti tərəfindən də qəbul olunur və dünyada sülh və sabitliyə gedən yeganə yoldur.