İranın təhlükəsizlik nazirinin müavini deyib: Ötən bir ayda İranda İŞİD qruplaşması ilə əlaqədar olan 30 nəfər həbs olunub.
Höccət-ül-islam vəlmüslimin Xəzai cümə günü Məşhəddə cümə namazı xütbələrindən qabaq etdiyi çıxışında deyib: Təhlükəsizlik Nazirliyi ötən ol ildə Talibandan asılı qruplar və oxşar qruplar, o cümlədən İŞİD ilə mübarizə aparıbdır.
O, İŞİD qruplaşmasının İraqın Mosul şəhərindəki cinayətlərinə işarə edərək, deyib: Təkfirçi qruplaşmalar həm sünni əhlinin, həm də şiəliyin düşmənidirlər.
Höccət-ül-islam vəlmüslimin Xəzai deyib: Təkfirçi qrupların hərəkətləri Amerika və İsrail rejiminin İslamın imicinə xələl gətirmək üzrə fitnəsidir.