İranda prezident seçkiləri namizədlərinin adları sabah açıqlanacaq

İranın Seçki Qərargahının katibi deyib: 11-ci prezident seçkilərində rəqabət aparacaq namizədlərin adları Negəhban Şurasının öz nəzərini elan etməsinin ardınca çərşənbə günü Daxili İşlər Nazirliyi tərəfindən rəsmən elan olunacaq.

Seyid Sulət Murtəzəvi əlavə edib: 11-ci prezident seçkilərində iştirak etmək istəyənlərin namizədliklərinin qeydə alınması əməliyyatına konstitusiyaya əsasən, ordibeheşt ayının 22-dən başlanıb və bu gün, yəni ordibeheşt ayının 31-də(21 may) başa çatır.

O, daha sonra deyib: Seçkilərdə iştirak etmək istəyənlərin namizədliklərinin qeydə alınmasının başa çatması ilə konstitusiyaya əsasən, Negəhban Şurası namizədlikləri təsdiq olunmuşların adlarını Daxili İşlər Nazirliyinə elan edəcək. DİN isə namizədlərin adlarını elan etmək üçün 2 gün fürsətə malikdir.

İranın Seçki Qərargahının katibi daha sonra bildirib: Namizədlərin rəsmi təbliğat və təşviqat kompaniyaları xordad ayının 3-ü səhər saat 8-dən etibarən başlanmış olacaq. 20 gün davam edəcək təbliğat kompaniyası xordadın 22-də başa çatacaq.
Mürtəzəvi əlavə edib: Xordadın 23-də heç bir namizəd artıq təbliğat aparmaq haqqına malik olmayacaq və xordadın 24-də xalqın 11-ci prezident və 4-cü şəhər və kənd islami şuralarına seçkilərdəki iştirakının şahidi olacağıq.

↑
Mobil sürümden çık