İranXƏBƏRLƏR

İranda prezident seçkiləri qeydiyyatının 4-cü günündə 366 nəfər qeydiyyatdan keçib

İranın Daxili İşlər Nazirliyinin Seçki Ofisi Baş İdarəsinin sədri İranda prezident seçkiləri namizədlərinin qeydiyyatının 4-cü günündə 366 nəfərin qeydiyyatdan keçdiyini bildirib.

Bu gün cümə günü İRİB müxbirinə müsahibəsi zamanı bu sözləri söyləyən Həsənəli Nuri sonra deyib: ” İranda 11-ci dövr prezident seçkiləri üzrə namizədlərin qeydiyyatdan keçməsinin 4-cü gününün sonunda 366 nəfər qeydiyyatdan keçiblər ki, bu miqdardan 12 nəfəri qadın, qalanlar isə kişidirlər.

İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccar da cümə günü İranın Daxili İşlər Nazirliyində Seçki Qərargahına baxış keçirdiyi zaman media mənsubları toplusunda deyib: ” İranda 11-ci prezident seçkiləri namizədlərinin qeydiyyatdan keçməsi ən minimum zamanda həyata keçirilməkdədir və mediaların yaxşı əməkdaşlığı və ahəngdarlığı ilə bu haqdakı xəbərlər vaxtlı-vaxtında İran xalqına çatdırılır”.

İranda 11-ci dövr prezident seçkiləri habelə şəhər və kəndlərin islami şuralarının 4-cü seçkiləri cümə günü 24 xordad, 14 iyunda keçiriləcək.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu