Səsvermə saat 8:00-dan başlanıb və 10 saat müddətinə yəni saat 18:00-a qədər keçiriləcək və ehtiyac duyulduğu halda daxili işlər naziri qanuna əsasən onun müddətini uzada bilər.
11-ci dövr prezident seçkisində seçicilər 6 namizəd arasından birini prezident olaraq seçəcək.
Səsvermə hüququna malik şəxslərin sayı 50 milyon 283 min 192 nəfərdir. Onun 36 milyonu valideyndir. 236 min 438 nəfərini oğlan və 799 min 562 nəfəri qızlar təşkil edir.
Habelə İran Seçki Qərargahının bildirdiyinə görə, ölkə boyunca səsvermə qutularının sayı 130 mindir və ölkədə 60 min səsvermə məntəqəsi yaradılıb.
Daxildə prezident seçkisinin keçirilməsi ilə yanaşı İran İslam Respublikası Xarici İşlər Nazirliyi 5 qitənin 96 ölkəsində 128 səsvermə məntəqəsində bu seçkiləri keçirir. Ümumilikdə 290 səsvermə məntəqəsi səsvermə üçün fəaliyyət göstərəcək.
Prezident seçkisi ilə yanaşı İranın bütün şəhər və kəndlərində şəhər və kənd islam şuraları seçkiləri, iki ostanda Rəhbərlik Xobrəqan yarımdövrə seçkiləri və 4 səsvermə məntəqəsində İslam Şurası Məclisinin yarımdövrə seçkiləri keçirilir.
Prezident seçkisi qanunun əsasən səslərin yarısı və üstəgəl birini qazanan şəxs prezident olacaq. Belə olmadığı halda seçkilər 2-ci tura qalacaq və 1-ci turdan bir həftə sonra keçiriləcək.