Minlərlə amerikalı bu gün Ağ Evin xalqdan casusluq üçün nəzarət proqramına etiraz olaraq Vaşinqtonda aksiya keçirmək və bu proqrama son qoyulmasını tələb etmək istəyirlər.
Vaşinqtonda bu aksiyanın təşkilatçıları ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin həyata keçirdiyi proqram barəsində dəqiq araşdırmanın aparılmasını istəyirlər.
Amerikalı etirazçılar həmçinin bildiriblər ki, Ağ Ev irimiqyaslı və gizli casusluq hərəkəti barəsində cavabdeh olmalıdır.
ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin nəzarət proqramından ictimai narazılıqların genişlənməsi Vaşinqtonda bu proqrama qarşı olanların aksiya keçirməsinə zəmin yaratmışdır.