İranda yeni uran ehtiyatları kəşf olunub

İranın Atom Enerjisi Təşkilatı ölkədə atom elektrik stansiyalarının inşası üçün 16 məkanın müəyyənləşdiyini bildirərək qeyd edib: Nüvə sənayesi mütəxəssislərinin gecə-gündüz səyləri ilə ölkədə kəşf olunan uran ehtiyatları mövcud miqdarla müqayisədə bir neçə dəfə artıb. Belə ki, İslam Respublikasının bu sənayeyə malik ölkələr arasında nüvə texnologiyası sahəsində mövqeyini yüksəldib.

Səhər telekanalı internet portalının məlumatına görə, İranın Atom Enerjisi Təşkilatı həmçinin bildirib: Ölkədə atom elektrik stansiyalarının inşası üçün 16 məkan aylarla səylərdən sonra Xəzər dənizi, Fars körfəzi, Oman dənizi sahillərində, Xuzistan və ölkənin şimal-qərbində müəyyənləşib.

İran Atom Enerjisi Təşkilatı əlavə edib: Bu məsələ AES vasitəsi ilə elektrikin istehsalının genişləndirilməsi üçün İran İslam Respublikasının uzunmüddətli proqramı istiqamətində və beynəlxalq standartlara riayət etməklə həyata keçirilib.

Təşkilat bildirir ki, layihələrdə yerşünaslıq, cəmiyyət, topoqrafiya, zəlzələnin müəyyənləşməsi, hidrometeorologiya, su mənbələrinin tanınması, enerjinin nəqli xətləri, yer istifadəsi, ekologiya və nəzarət diqqət mərkəzində saxlanılan əhəmiyyətli məsələlərdir.

Yeni uran ehtiyatlarının kəşf olunması

İranın Atom Enerjisi Təşkilatı həmçinin başqa bir rəsmi bildirişdə bildirir ki, son 1,5 il ərzində yeni kəşflərlə və ölkənin mədən ehtiyatlarını dəqiq araşdırmaqla 35 il öncə ilə müqayisədə rekordu 4,5 dəfə yeniləyib. Belə ki, uran ehtiyatı 1527 tondan 4400 tona çatıb.

Buna əsasən yerşünaslıq ehtiyatları sahəsində ötən 3 onilliklə müqayisədə 5 dəfə yuxarı rekord əldə olunmaqla uran ehtiyatı 6650 tondan 33 min tona çatıb.

İran Atom Enerjisi Təşkilatı bildirib: Günəş ili ilə 1385-dən 1389-a qədər illər ərzində uranın kəşfi, çıxarılması və məmulatları üzrə proqrama yenidən baxıldıqdan sonra, İran İslam Respublikasına qarşı beynəlxalq sanksiyaların artdığı, xüsusilə də ölkənin sülhməramlı nüvə fəaliyyətlərinə qarşı embarqoların çoxaldığına görə, eləcə də humanizm və əxlaq prinsipləri ilə ziddiyyətli və qeyri-qanuni üsullarla xərçəng xəstəliyindən əziyyət çəkənlər üçün radioizotoplara sanksiya qoyulduğuna görə, ölkə rəsmilərinin qərarına əsasən daxili potensiala söykənmək və nüvə sənayesində ehtiyac duyulan ilkin maddələrin təmin olunması istiqamətində strategiya gündəmə gətirildi.

Bu təşkilat əlavə edib: Günəş ili ilə 1390-cı ilin əvvəllərində və elan olunmuş yeni siyasətlərin icrası ilə Atom Enerjisi Təşkilatı hökumət sektorlarına, xüsusilə də özəl sektora söykənən potensiala, konstruktiv üsullar və geniş proqramlara şamil daxili bütün imkanlarını səfərbər edərək ölkədə uranın kəşfi əməliyyatını gündəminə daxil etdi.

Exit mobile version