Fələstinli Əsirlər Araşdırmalar Mərkəzi “Əhrar” İsrail məhbəslərində saxlanılan fələstinli əsirlərin işgəncə edilmələrindən xəbər verib.
Fələstinli Əsirlər Araşdırmalar Mərkəzi “Əhrar” 21 il İsrailin əsiri olmuş “Müntəha əl-Heyh” adlı fələstinli azadənin xatirələrini dərc edib. Bu fələstinli İsrailin əsiri olduğu müddət ərzində dəfələrlə işgəncələrə məruz qaldığını, ağır şəkildə döyüldüyünü bildirib.
Xanım Müntəha əl-Heyh İordan çayının qərb sahilində yaşayır və ötən çərşənbə axşamı günü azadlığa buraxılıb. O, əsir olduğu dönəmdə ən çirkin və ağır işgəncələrin hədəfinə çevrildiyini deyir.
Əl-Heyh əsirlik dövrü haqda deyir: Həbsdə olduğum zaman İsrail məmurları mənim üzərimdə müxtəlif növ işgəncələri tətbiq edir və vəhşicəsinə döyürdülər. Dəfələrlə huşumu itirmişdim.
Hazırda İsrail zindanlarında beş mindən çox fələstinli əsir dözülməz şəraitdə saxlanılmaqdadır.