İranXƏBƏRLƏR

Avropa Hizbullahın hərbi qolunu terrorçu adlandırması hərəkətini yenidən nəzərdən keçirməlidir

İran İslam Respublikası Avropa Birliyinin Livan Hizbullahının hərbi qolunu terrorçu adlandırmaq üzrə son ittihamlarını puç adlandıraraq, bu birlik üzvlərindən istəyibdir ki, öz qərarlarını yenidən nəzərdən keçirsinlər.

BMT-nin Təhlükəsizlik Şurasının Yaxın və Orta Şərq İclasında İran İslam Respublikasının nümayəndəsi Qoşulmayanlar Hərəkatının sədri kimi belə bildirib: Dünya və Regionda terrorçu hərəkətlər üzrə birinci müttəhim olan sionist rejimin cavabdehlikdə toxunulmazlığa malik olduğu bir halda Avropa Birliyi təcavüzkarlıq qarşısında Müqavimət simvolu olan Livan Hizbullahının hərbi qolunu terrorçu qruplar siyahısında yerləşdirir.

İranın Birləşmiş Millətlər Təşkilatındakı səfiri və nümayəndəsinin müavini Qulamhüseyn Dehqani bu iclasda sionist rejimin Fələstin və Livan xalqlarına habelə İran İslam Respublikasının nüvə alimlərinə qarşı çoxlu terrorçu hərəkətlərinə işarə edərək, deyib: Sionist rejim boş hay-küylər salıb, məsuliyyəti başqalarının boynuna ataraq, başqalarını terrorizmdə ittiham etməyə cəhd edir və təəssüflər olsun ki, Avropa Birliyinə üzv ölkələr sionist rejimin hərəkətlərinə göz yumaraq, puç bəhanələr və ittihamlarla Livan Hizbullahının hərbi qolunu ittiham edirlər. Buna görə də Avropa Birliyi özünün region haqdakı məsuliyyətlərinə əməl etməklə özünün bu qərarını yenidən nəzərdən keçirməlidir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu