Küveytin əl-Rəy qəzeti iddia edib ki, ABŞ-ın Suriyaya hücum etdiyi təqdirdə İran İslam Respublikasının var-gücü ilə bu müharibəyə daxil olması ilə əlaqədar gizli sənədlər əldə edib.
Küveyt qəzeti iddia edib ki, İranın yüksək səviyyəli bir heyəti Rusiya prezidenti ilə görüşdə ona bildirib ki, ABŞ-ın Suriyaya ilk raket atəşindən sonra, hətta onun Suriyada məqsədlərə toxunmadığı halda belə, İran var-gücü ilə qeyd olunan müharibəyə daxil olacaq. Bu görüşdə Vladimir Putin anlayıb ki, İranın mövqeyi tamamilə açıq-aşkar, keçilməz və tamamilə həlledicidir.
Əl-Rəy qəzetinin iddiasına əsasən İranın yüksək səviyyəli mənbələri Putinlə görüşən heyətə istinadla bildiriblər ki, Rusiya prezidenti Suriyanın həlledici məsələsi ilə əlaqədar qonaqların ciddiliyi və İran rəsmilərinin qərarından heyrətlənib.