Sionist şəhərcik sakinlərinin fələstinlilərə qarşı təcavüzkar hərəkətlərinin davamında Beytül-Müqəddəsdə 4 fələstinli gənc yaralanıb.
Əl-Yom Əl-Sabeh xəbər portalının hadisə şahidlərinə istinadən verdiyi məlumata görə dünən cümə günü (4 aprel) gecə onlarla sionist şəhərcik sakini özlərinin dini mərasimlərini icra etmək bəhanəsi ilə işğal edilmiş Qüdsdəki Əl-Şeyx Hərac məhəlləsinə hücum edib, 4 fələstinlini yaralayıblar.
Sionistlər həmçinin bu məhəllə sakini olan fələstinlilərin avtomobillərinə xəsarətlər vurub onların evlərinə doğru atəş açıblar.
Hadisə şahidlərinin bildirdiklərinə əsasən Sionist rejim polisi Şeyx Cərah məhəlləsinə getdikdən sonra iki fələstinli gənci Sionist şəhərcik sakinlərinə hücum ittihamı ilə həbs edərək bu rejimin polis mərkəzinə köçürüb. Başqa tərəfdən Sionist şəhərcik sakinləri İordan çayının Qərb sahilində yerləşən Beytləmin cənubundakı Əl-Xezr şəhərciyinə basqın edərək təqribən 300 meyvə ağacı fidanını məhv ediblər.