İranın 5+1 Qrupu ilə anlaşma şərtləri

İranın Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini Almatı müzakirələri ilə bağlı yeni detallara aydınlıq gətirib və İranın 5+1 Qrupu ilə anlaşmaya nail olmaq üçün irəli sürdüyü şərtləri mediaya açıqlayıb.
Əli Baqeri dünən axşam İranın 2-ci telekanalı ilə müsahibədə deyib: İran və 5+1 Qrupu ilə bütün müzakirələrdə Tehran 3 əsas prinsip(məntiq, təşəbbüskarlıq və iqtidar) əsasında addım atıb və elə davranıb ki, 5+1 Qrupu nüvə məsələsində İranın məntiqini qəbul etsin. Bu barədə azeri.sahartv.ir internet portalı məlumatı verir. Ə.Baqeri qərblilərin İran İslam Respublikasının haqlı tələbləri qarşısındakı rəftarları haqda da deyib: Onların siyasəti ikibaşlı siyasətin yürüdülməsi strategiyasına əsaslanır. Yəni, paralel şəkildə olaraq həm təzyiqlər göstərmək, həm də danışıqlar aparmaqdır. Amma, onlar artıq başa düşüblər ki, sonu olmayan bir yolda addımlayırlar.

İranın Şərtləri:

5+1 Qrupu ehtiyalı olmalıdır ki, İsrail rejiminin tələsinə düşməsin

İranın Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini daha sonra İsrail rejimi və Qərbin ifratçı qruplarının 5+1 Qrupunun Almatı müzakirələrində İran ilə anlaşmaya varmasından nigaran və narahat olmaları haqda da deyib: İsrail rejimi daim regionda böhran amili olduğunu, beynəlxalq hüquq və normalara riayət etmədiyini sübut edib.
Ə.Baqeri əlavə edib: Buna görə də bu rejim çalışacaq ki, İran və 5+1 Qrupu arasındakı anlaşmalarda xələl törəstin. Amma, qarşı tərəf diqqətli və ayıq olmalıdır ki, İsrail rejiminin tələsinə düşməsin və öz hesabına bu qanunsuz rejimin mənafeyini təmin etməsin.

Exit mobile version