İran İslam Şurası Məclisinin sədri rəsmi Tehranın Cenevrə razılaşmasından tələbinin sülhsevər nüvə texnologiyasının qorunması və qərblilərin sanksiyalarla əlaqədar zorakı rəftarlarının dəyişdirilməsi olduğunu bildirib.
Əli Laricani əlavə edib: Cenevrə razılaşması beynəlxalq sahədə sakit vəziyyət yaradıb, bu da Sionist rejimin etirazını ucaldıb. Çünki bu rejim daim İranın təhlükə mərkəzi kimi təqdim edilməsini istəyir.
Laricani, ABŞ medialarının İrana qarşı sanksiyaların davam etdirilməsinə dair şantajlarını ,müzakirələrin irəliləyişinə maneə kimi qiymətləndirib.