ABŞ Milli Təhlükəsizlik rəhbəri Amerika vətəndaşlarının telefon danışıqlarını dinləmək və internet əlaqələri ilə bağlı məlumatlarını əldə etmək məqsədilə Perism adlı elektronik casusluq vasitəsindən istifadəni müdafiə edib.
ABŞ Milli Təhlükəsizlik Agentliyinin rəisi Ceyms Klipper şənbə günü informasiyanın əldə olunması üçün müxtəlif proqramlardan istifadə ilə bağlı ABŞ hökumətinin addımını qanuni adlandırıb və hökumətin bu proqramlar barəsində açıqlama verməkdən çəkinməsini müdafiə edib.
Ceyms Klipper bildirib: İnformasiya mənbələri və üsullarını qorumaq üçün bu fəaliyyətləri açıqlaya bilmərik.
Qardian qəzeti 6 iyunda ABŞ-da bir məhkəmənin gizli qərarını ifşa edib. Belə ki, bu ölkənin Milli Təhlükəsizlik Agentliyinə Verizon kommunikasiya şirkətinin müştərisi olan milyonlarla amerikalı barəsində məlumatları əldə etmək icazəsini verir.
Bu qərara əsasən Verizon kommunikasiya şirkəti həm ABŞ daxilində, həm də bu ölkə ilə digər ölkələr arasında öz sistemlərindəki iki tərəfin telefon danışığı, zamanı və müddəti ilə bağlı məlumatı gündəlik şəkildə Milli Təhlükəsizlik Agentliyinə verməlidir.
Vaşinqton Post cümə axşamı günü ABŞ Milli Təhlükəsizlik Agentliyinin internet şirkətlərinin serverlərinə birbaşa əlaqəsi olduğunu bildirərək əlavə edib: Nəqliyyat şirkətlərindən birinin informasiya üzrə məmuru olan bu qəzetin mənbəyi ABŞ-ın casusluq agentliyinin istifadə etdiyi sistemlərin yüksək imkanlarından mat-məəttəl qalıb.
Bu elə bir haldadır ki, Apple və Facebook kimi internet nəhəngləri öz giriş qapılarını ABŞ-ın casusluq agentliklərinə açmaqla bağlı iddiaları rədd ediblər.
Bu yeni rüsvayçılıqla yanaşı qeyd etmək lazımdır ki, ABŞ prezidenti Barak Obama Associated Press müxbirlərinin telefon danışıqlarının gizli şəkildə dinlənilməsi, eləcə də FaxNews jurnalistlərinin telefon danışıqları və elektron poçtlarının əldə edilməsinə görə genişmiqyaslı tənqidlərlə üzləşib.