İranLivanXƏBƏRLƏR

İranin Beyrutdakı mədəniyyət attaşesi şəhid oldu

İran İslam Respublikasının Livan paytaxtı Beyrutun cənubundakı səfirliyi yaxınlığında dəhşətli partlayışlar nəticəsində 23 nəfər şəhid olub, 150 nəfər də yaralanıb.

 

Livanın əl-Məyadin telekanalının məlumatına görə, bu gün çərşənbə axşamı günü Beyrutun cənubunda əl-Cinah məntəqəsində İran səfirliyi yaxınlığında iki dəhşətli partlayış baş verib. Nəticədə 23 nəfər, o cümlədən İranın mədəniyyət attaşesi Höccətülislam İbrahim Ənsari şəhid olub, 150 nəfər də yaralanıb.

Bu partlayış yaralıları arasında bir qrup ruhani və İran səfirliyinin nəzarətçiləri də müşahidə olunur.

Həmin məlumata görə, Livanın səhiyyə naziri Əli Həsən Xəlil hadisə yerində olub və kömək və xilas prosesi ilə yaxından tanış olub.

Bu məlumata görə, Livan təhlükəsizlik qüvvələri partlayış ərazisini mühasirəyə alıblar, təcili yardım maşınları hadisə yerinə ezam olunublar və yaralılara ilkin tibbi yardımlar göstərməkdədirlər.

Related Articles

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Close